Səmud və Ad (tayfaları) (qəlbləri) qorxuya salan (Qiyaməti) yalan saydılar.
5
Səmud (tayfası) qorxunc bir səslə məhv edildi.
6
Ad (tayfası) isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.
7
(Allah) onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Sən orada olsaydın,) o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
8
Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?
9
Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.
10
Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları (şiddəti) artan bir əzabla yaxaladı.
11
Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.
12
Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə (belə) etdik.
13
Sur bircə dəfə üfürüləcəyi,
14
yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
15
həmin gün Vaqiə qopacaq.
16
Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
17
Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz (mələk )daşıyacaqdır.
18
O gün siz (məhşərə) gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.
19
Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!
20
Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.
21
O, xoşbəxt həyat sürəcəkdir
22
uca bir Cənnətdə,
23
(elə bir Cənnətdə ki,) onun meyvələri lap yaxınlıqda olacaqdır.
24
(Onlara): “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”(–) (deyiləcəkdir)
25
Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!