104
SURE

Hümeze Suresi

Əlixan Musayev •
⌄
⌄
00:00 / 00:00
1
Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2
O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır
3
və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
4
Xeyr! O, mütləq Hütəməyə atılacaqdır.
5
Sən haradan biləsən ki, Hütəmə nədir?
6
(Bu,) Allahın qaladığı Oddur.
7
(O Od) ki, (qalxıb) ürəklərə çatacaq.
8
Həqiqətən, o (Od) onların üzərində qapanacaqdır.
9
(Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar).