18
SURE
Kehf Suresi
⌄
⌄
1
2
5
6
7
9
Yoxsa Kəhf və Rəqim əhlini möcüzələrimizin ən qəribəsimi zənn etdin?! (Təfsirçilərə görə, “Kəhf” dağda yerləşən geniş bir mağara deməkdir. Kafir hökmdarın zülmündən qaçıb bu mağaraya sığınan möminlərə də Əshabi-kəhf deyilmişdir. “Rəqim” kəlməsinə gəldikdə, ona bu mağaranın yerləşdiyi dərə, yaxud bu mağaraya sığınan möminlərin adlarının yazıldığı kitabə kimi mənalar verilmişdir. Ancaq Səhihi-Buxaridə keçən və İbn Abbasdan nəql olunan rəvayətə görə, Rəqim Əshabi-kəhfdən başqa üç nəfərlik bir qrupun adıdır. Onlar yağışlı bir havada bir mağaraya sığındıqları zaman mağaranın önünə böyük bir qaya düşmüş və ağzını tamamilə örtmüşdü. Bu üç nəfərdən hər biri vaxtilə etdiyi gözəl bir əməli yad edib onun vasitəsi ilə Allahdan yardım diləmişlər. Onlardan hər biri dua etdikcə mağaranın ağzı tədricən açılmış və nəhayət xilas olmuşlar.)
10
12
13
14
15
16
17
Günəşin doğarkən onların mağarasının sağ tərəfinə meyil etdiyini, batarkən də onlara dəymədən sol tərəfə keçdiyini görərdin. Onlar isə orada geniş bir yerdə yatırdılar. Bu, Allahın möcüzələrindəndir. Allah kimi hidayətə yönəldərsə, o, doğru yoldadır, kimi haqq yoldan azdırarsa, artıq ona doğru yolu göstərən bir dost tapa bilməzsən!
18
19
Beləcə, öz aralarında bir-birindən (nə qədər vaxt yatıb qaldıqlarını) soruşsunlar deyə onları oyatdıq. Onlardan biri: “Nə qədər (yatıb) qaldınız?” - dedi. Digərləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq!” - dedilər. (Onlardan bəziləri də) dedilər ki: “Rəbbiniz, qaldığınız müddəti daha yaxşı bilir. Aranızdan birini bu gümüş pulla şəhərə göndərin ki, hansı yeməyin daha təmiz olduğuna baxsın və o ərzaqdan sizə gətirsin. O, gizlicə hərəkət etsin və qətiyyən sizi heç kimə sezdirməsin!
20
Əgər onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edib öldürəcək, ya da dinlərinə geri qaytaracaqlar. O zaman əsla nicat tapa bilməyəcəksiniz!” (Təfsirçilərə görə, şəhərə göndərilən şəxs əlindəki pulu xərcləmək üçün çıxardığı zaman şəhər əhalisi pulun üstündə qədim hökmdar Dekyanosun şəklini gürüb onun bir xəzinə tapdığını zənn etmiş və onu hökmdarın hüzuruna aparmışdılar. Mağaradakı adamlar yuxuda ikən aradan uzun illər keçmiş və yeni hökmdar da tövhid dinini mənimsəmişdi. Həmin şəxs hökmdara başlarına gələnləri danışmış və hamısı birlikdə mağaraya gedərək bunun həqiqət olduğuna şahid olmuşdular. Yenidən dirilmənin mümkün olduğunu sübut edən bu hadisədən sonra Allah-Təala həmin gənclərin canlarını almışdır.)
21
Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər.
22
(İnsanlardan bəziləri): “Onlar üç nəfər idilər, dördüncüsü də itləri idi”, - deyəcəklər. (Bəziləri də) qeyb (onların sayı) barəsində fikir yürüdərək: “Beş nəfər idilər, altıncısı da itləri idi”, - deyəcəklər. (Digərləri isə:) “Yeddi nəfər idilər, səkkizincisi isə itləri idi”, - deyəcəklər. De ki: “Onların sayını ən yaxşı Rəbbim bilir. Onlar haqqında məlumatı olanlar çox azdır”. Ona görə də açıq-aydın dəlillər istisna olmaqla, onlar barəsində mübahisəyə girişmə və onların (kitab əhlinin) heç birindən onlar haqqında soruşma!
24
26
27
28
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə! (Qüreyş qəbiləsinin başçılarından bəziləri Həzrət Peyğəmbərdən (s.ə.s.), Allaha və Peyğəmbərə səmimi-qəlbdən bağlı olan yoxsul möminləri qovmasını istəmiş və bu təqdirdə onunla görüşə biləcəklərini bildirmişdilər. Buna görə də yuxarıdakı ayə nazil olmuş və müşriklərin bu istəklərinin yerinə yetirilməməsi əmr edilmişdir.)
29
De: “Haqq sizin Rəbbinizdəndir. Ona görə də istəyən inansın, istəyən inkar etsin. Biz zalımlar üçün elə bir cəhənnəm hazırlamışıq ki, onun divarları onları hər tərəfdən əhatə edər. Əgər (susuzluğa görə) yardım istəsələr, onlara əridilmiş mədən kimi üzləri qızardan bir su ilə yardım olunar. O necə də pis içki və necə də pis məskəndir!
30
31
32
33
34
35
36
37
39
40
42
43
44
45
46
47
48
49
Kitab (əməl dəftəri) ortaya qoyulacaq və günahkarların onun içindəkilərdən qorxduqlarını görəcəksən. Onlar da: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, - deyəcəklər. Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz.
50
Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
51
52
53
54
55
56
57
Rəbbinin ayələri özünə xatırladıldığı halda onlardan üz döndərən və öz əlləri ilə etdiklərini unudan kimsədən daha zalım kim ola bilər?! Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkdik, qulaqlarına isə ağırlıq (karlıq) verdik. Sən onları hidayət yoluna dəvət etsən də, artıq onlar əsla haqq yola yönəlməyəcəklər.
58
59
60
Bir zaman Musa gənc yoldaşına belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər yol gedəcəyəm, yaxud uzun müddət yoluma davam edəcəyəm”. (Təfsirlərdə Musa peyğəmbərin yanıdakı gənc oğlanın Yuşa ibn Nun olduğu və Musa peyğəmbərə xidmət edib ondan elm öyrəndiyi rəvayət olunur. Bu iki dənizin hansı dənizlər olduğu dəqiq bilinmir. Bəzi təfsirçilərə görə, bu iki dənizdən biri zahiri elmlərin dənizi olan Həzrət Musa, digəri isə batini elmlərin dənizi olan Xızır əleyhissalamdır.)
61
Onlar iki dənizin qovuşduğu yerə çatdıqları zaman balığı unutmuşdular. Həmin balıq isə dənizə girib gözdən itmişdi. (Rəvayətə görə, Həzrət Musa özündən daha elmli olan Xızır ilə görüşmək üçün Yuşa ibn Nun ilə səfərə çıxmışdı. Yanlarında da ölü bir balıq vardı. Musa peyğəmbərə bildirilmişdi ki, bu balığın canlanıb dənizə girəcəyi yer, məhz Xızır ilə görüşməli olduğu yerdir.)
62
63
65
66
70
71
74
76
77
Onlar yenə yollarına davam etdilər. Nəhayət, bir qəsəbəyə gəlib çatdıqları zaman oranın əhalisindən yemək istədilər. Ancaq onlar o ikisini qonaq etməkdən imtina etdilər. Bu zaman o ikisi orada yıxılmaq üzrə olan bir divar gördülər. (Xızır) dərhal onu düzəltdi. (Musa:) “Əgər istəsəydin, əlbəttə, onun müqabilində bir muzd alardın”, - dedi.
78
79
80
82
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlan uşağına məxsus idi. Onun altında onlara aid bir xəzinə vardı. Ataları da yaxşı insan idi. Rəbbin istədi ki, onlar həddi-büluğa çatıb Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini çıxartsınlar. Mən bunu öz ixtiyarımla etmədim. Bu, səbir edə bilmədiyin şeylərin izahıdır”.
86
Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik. (Təfsirlərdə qeyd olunduğuna görə, Zülqərneyn qərbdə Sakit okeanına, yaxud Qara dənizə qədər getmiş və orada günəşin dəniz üfqündə batmasını seyr etmişdi. Bu zaman günəş dumanla örtülü dəniz üfqündə, sanki palçıqlı bir su gölməçəsinə batırmış kimi görünürdü. Sahildə qarşılaşdığı qövm isə kafir idi. Ona görə də Allah-Təala bu qövmü cəzalandırmaq, yaxud irşad etmək üçün Zülqərneyni onların yanına göndərmişdi.)
87
88
90
Nəhayət, günəşin doğduğu yerə çatanda onu bir qövmün üzərində doğarkən gördü. Biz onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq. (Təfsir mənbələrində qeyd olunduğuna görə, Zülqərneyn qərbdəki işlərini həll etdikdən sonra şərqə yönəldi və nəhayət, Hind okeanı sahillərinə gəlib çıxdı. Burada qarşılaşdığı insanlar günəşin şüasına qarşı qorunacaqları paltar və evlər düzəltməyi bilmirdilər.)
93
94
95
96
98
99
102
104
105
106
107
109