24
SURE
Nur Suresi
⌄
⌄
1
2
3
4
5
6
7
8
9
Beşinci dəfə isə (şahidlik edəcək ki,) əgər əri doğru söyləyənlərdəndirsə, Allahın lənəti (qadının) öz üzərinə olsun! (Son dörd ayədəki tətbiqata İslam ailə hüququnda “lian” deyilir. Arvadının zina etdiyini iddia edən kişi, əgər iddiasını isbat etmək üçün dört şahid gətirə bilməzsə, ər və arvad hakimin hüzurunda lian etməyə dəvət edilir. Hər ikisi də özünün doğru dediyini bu şəkildə ifadə edərsə, heç birinə cəza tətbiq olunmaz və boşanmış olarlar.)
10
11
Həqiqətən, (Peyğəmbərin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır. (Bu ayə və bundan sonrakı doqquz ayənin nazil olma səbəbi bir qrup münafiqin Həzrət Peyğəmbərin xanımı Həzrət Aişəyə iftira atmasıdır. Buna İslam tarixində “ifq” hadisəsi deyilmişdir. Aşağıdakı ayələrdə Həzrət Aişənin günahsız olduğu və bunu söyləyənlərin iftiraçı olub cəzalandırılacaqları bildirilmişdir.)
12
13
14
15
16
19
20
21
Ey iman gətirənlər! Şeytanın addımlarını izləməyin! Kim Şeytanın addımlarını izləyərsə, həqiqətən, o, çirkin işləri və pisliyi əmr edər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kim əsla təmizlənə bilməzdi. Lakin Allah dilədiyi kimsəni təmizləyər. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
22
İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir. (Həzrət Aişəyə iftira atanlardan biri də məhz Həzrət Əbu Bəkrin himayəsindəki Mistah adlı bir şəxs idi. Bu hadisədən sonra Həzrət Əbu Bəkr bir daha ona maddi yardım etməyəcəyinə dair and içdi. Təfsirçilərə görə, yuxarıdakı ayə həm Həzrət Əbu Bəkrin fəzilətinə işarə edir, həm də ona və digər möminlərə etdikləri yardımları kəsməmələrini tövsiyə edir.)
23
25
26
27
28
29
30
31
Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları (mömin qadınlar), sahib olduqları cariyələr, kişiliyi qalmamış xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız! (Bir görüşə görə ayədəki “zinət”dən məqsəd sırğa, bilərzik, üzük və boyunbağı kimi zinət əşyaları ilə sürmə və xına kimi şeylərdir. Digər bir görüşə görə isə, “zinət” kəlməsi ilə qadının vücudu nəzərdə tutulmuşdur. Görünməsinə icazə verilən yerləri isə qadının üzü, biləkdən aşağı əlləri və topuqdan aşağı ayaqlarıdır.)
32
33
Evlənməyə gücü çatmayanlar isə, Allah Öz lütfü ilə onları zəngin edənə qədər iffətlərini qorusunlar. Kölələrinizdən mükatəbə etmək istəyənlərlə, əgər onlarda bir xeyir (qabiliyyət və etimad) görürsünüzsə, dərhal mükatəbə edin! Allahın sizə verdiyi maldan siz də onlara verin! Dünya həyatının mənfəətini əldə etmək məqsədilə namuslu qalmaq istəyən cariyələrinizi zinaya məcbur etməyin! Kim onları məcbur edərsə, (bilinməlidir ki,) onların bu məcburiyyətindən sonra, şübhəsiz ki, Allah (o cariyələri) bağışlayandır, rəhmlidir. (“Mükatəbə” kölə və cariyə ilə onların sahibi arasında bağlanan bir müqavilədir. Bu müqaviləyə görə, bir kölə, yaxud bir cariyə müəyyən bir məbləği sahibinə ödəməsi müqabilində özünün azad edilməsini istəyir. “Allahın sizə verdiyi maldan siz də onlara verin!” buyurulmaqla kölələrə və cariyələrə maddi köməklik olunması tövsiyə olunur ki, bu şəkildə daha tez azadlıqlarını əldə edə bilsinlər. Bu da onu göstərir ki, İslam dini birdən birə ləğv edilməsi mümkün olmayan quldarlıq sistemini tədriclə ortadan qaldırmaq istəmiş və bunun üçün bir sıra tədbirlər görmüşdür.)
34
35
Allah göylərin və yerin nurudur! Onun nuru, içində çıraq olan bir çıraqdana bənzəyir. O çıraq bir qəndilin içindədir. Qəndil isə, sanki parlaq bir ulduzdur ki, nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından (çıxan yağdan) yandırılır. Onun yağı alov toxunmasa belə az qalır ki, işıq saçsın. O, nur üstünə nurdur. Allah dilədiyi kimsəni nuruna qovuşdurar. Allah insanlar üçün belə misallar çəkir. Allah hər şeyi biləndir. (“Allah göylərin və yerin nurudur” ifadəsi ilə bütün aləmin və aləmdəki bütün nurların və canlıların yaradıcısının Allah olduğuna işarə edilmişdir. Nuru yaradan Allaha nur deyilməsi həqiqi yox, məcazi mənadadır.)
36
37
38
39
40
Yaxud (o kafirlərin əməlləri) dərin bir dənizdəki qaranlığa bənzəyər. (Elə bir dəniz ki,) onu dalğa üstünə dalğa örtər. Onun da üstündən bir bulud! Bir-birinin üstündəki qaranlıqlar! O, əlini çıxartsa, az qala onu görməz. Allah bir kimsəyə nur (hidayət) verməyibsə, artıq onun nuru (hidayətdən nəsibi) yoxdur.
41
43
Görmədinmi ki, Allah buludları sürükləyər, sonra onları bir yerə toplayar, sonra da onları üst-üstə yığar. Onların arasından yağmur çıxdığını görərsən. O, göydəki dağlardan (dağ kimi böyük buludlardan) dolu yağdırar və onunla dilədiyinə zərər verər, dilədiyindən də onu sovuşdurar. (O buludların) şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.
44
45
46
47
48
49
50
51
52
53
54
De: “Allaha da, Peyğəmbərə də itaət edin! Əgər üz döndərsəniz, (bilin ki,) onun vəzifəsi ancaq ona yüklənəndir (təbliğ vəzifəsidir). Sizin vəzifəniz də sizə yüklənəndir (əmr ediləni yerinə yetirməkdir). Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi isə ancaq açıq bir şəkildə təbliğ etməkdir.
55
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir.
57
58
Ey iman gətirənlər! Əlinizin altındakılar (kölələr) və həddi-büluğa çatmayanlarınız sübh namazından əvvəl, günorta paltarınızı soyunduğunuz zaman və işa namazından sonra (yanınıza daxil olacaqları zaman) sizdən üç dəfə icazə alsınlar. Bu üç vaxt sizin məhrəm (soyunmuş ola biləcəyiniz) vaxtlarınızdır. Digər vaxtlarda bir-birinizin yanına (icazəsiz) daxil olmağınızda sizə də, onlara da heç bir günah yoxdur. Allah sizin üçün ayələri belə açıqlayır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
59
60
61
Kora, çolağa, xəstəyə və sizə öz evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları sizdə olan evdə, yaxud dostunuzun evində yemək yeməyiniz günah deyildir. Bir yerdə, yaxud ayrı-ayrı yeməyiniz də günah deyildir. Evlərə daxil olduğunuz zaman Allahdan xeyir-bərəkət diləyərək bir-birinizi salamlayın! Allah ayələri sizə belə açıqlayır ki, bəlkə, düşünüb anlayasınız.
62
Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirmiş kimsələrdir. Onlar ümumi bir iş üçün onunla (Peyğəmbərlə) birlikdə ikən, ondan icazə almadan (başqa bir yerə) getməzlər. (Ey Peyğəmbər!) Həqiqətən, səndən icazə istəyənlər Allaha və Onun Peyğəmbərinə inanmış kimsələrdir. Əgər bəzi işləri üçün səndən icazə istəsələr, onlardan istədiyinə icazə ver və onlar üçün Allahdan məğfirət dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
63
Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın! Şübhəsiz ki, sizin içinizdən (icazəsiz) xəlvətcə aradan çıxanları Allah bilir. Buna görə də Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud acı bir əzaba düçar olmaqdan çəkinsinlər! (Bu ayə Həzrət Peyğəmbərə (s.ə.s.) adı ilə xitab etməyin, yaxud ondan bəhs edərkən ancaq adını söyləməyin doğru olmadığını və müsəlmanlara yaraşmadığını ifadə edir. Buna görə də Həzrət Peyğəmbərdən bəhs edərkən “Mühəmməd əleyhissəlam”, “Rəsuli-əkrəm”, “Həzrət Peyğəmbər”, “Rəsulullah” kimi hörmət bildirən ifadələri işlətmək daha düzgündür. Bundan başqa, Həzrət Peyğəmbərin adı çəkildiyi zaman ona salavat gətirmək də hər bir müsəlmanın borcudur.)