47
SURE
Muhammed Suresi
⌄
⌄
2
3
4
Müharibədə kafirlərlə qarşılaşdığınızda onların boyunlarını vurun! Nəhayət, onları məğlub etdiyiniz zaman əsirləri kəndirlə möhkəm bağlayın! Müharibə qurtardığı zaman ya əvəzsiz, ya da fidyə qarşılığında (əsirləri azad edin). Budur! Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini boşa çıxarmaz.
7
9
10
12
13
14
15
Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən məğfirət vardır. Elə isə o kimsə cəhənnəmdə əbədi qalan və qaynar su içirdilib bağırsaqları parçalanan biri kimi ola bilərmi?!
16
Onların arasında səni dinləyənlər də var. Nəhayət, sənin yanından çıxdıqları zaman elm verilmiş kimsələrdən: “O (Mühəmməd) bir az əvvəl nə deyirdi?” - deyə soruşurlar. Onlar Allahın qəlblərinə möhür vurduğu və öz nəfslərinin arzularına uyan kimsələrdir. (Münafiqlər Həzrət Peyğəmbərin hüzurunda olanda, yaxud xütbə verilərkən ona qulaq asır, sonra da ələ salmaq məqsədilə İbn Məsud və İbn Abbas kimi səhabələrə yaxınlaşaraq bir az əvvəl Peyğəmbərin nə dediyini onlardan soruşurdular. Yuxarıdakı ayə onların bu davranışlarına işarə edir.)
18
19
20
21
22
25
26
Çünki onlar Allahın endirdiyini bəyənməyənlərə: “Bəzi məsələlərdə sizə itaət edəcəyik!” - dedilər. Halbuki Allah onların gizlətdiklərini bilir. (Bu ayədə münafiqlərin Həzrət Peyğəmbərə düşmənçilik edəcəklərinə və müsəlmanların onunla birlikdə döyüşmələrinə mane olacaqlarına dair yəhudi və müşriklərə söz verdiklərinə işarə olunur.)
27
28
29
30
Əgər istəsəydik, onları, əlbəttə, sənə göstərərdik. Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir. (Rəvayətə görə, bu ayə nazil olduqdan sonra bütün münafiqlər Həzrət Peyğəmbərə bəlli olmuşdu. Münafiqlərin digər bir xüsusiyyəti də o idi ki, danışdıqları zaman üstüörtülü sözlərdən istifadə edərək müsəlmanları incidirdilər.)
31
32
34
35
36
37