Ayetbul.net
⌂
Ana Sayfa
☾
Günlük Ayet
☾
Cüzler
⌂
Ana Sayfa
☾
Günlük Ayet
☾
Cüzler
⌂
Ana Sayfa
›
51. Zariyat Suresi
51
SURE
Zariyat Suresi
Əlixan Musayev
•
←
Önceki
Sure
Sonraki
Sure
→
📖
İÇERİK
Sure Seç
Sure seç
Fatiha Suresi
Bakara Suresi
Ali İmran Suresi
Nisa Suresi
Maide Suresi
Enam Suresi
Araf Suresi
Enfal Suresi
Tevbe Suresi
Yunus Suresi
Hud Suresi
Yusuf Suresi
Rad Suresi
İbrahim Suresi
Hicr Suresi
Nahl Suresi
İsra Suresi
Kehf Suresi
Meryem Suresi
Taha Suresi
Enbiya Suresi
Hac Suresi
Müminun Suresi
Nur Suresi
Furkan Suresi
Şuara Suresi
Neml Suresi
Kasas Suresi
Ankebut Suresi
Rum Suresi
Lokman Suresi
Secde Suresi
Ahzab Suresi
Sebe Suresi
Fatır Suresi
Yasin Suresi
Saffat Suresi
Sad Suresi
Zümer Suresi
Mümin Suresi
Fussilet Suresi
Şura Suresi
Zuhruf Suresi
Duhan Suresi
Casiye Suresi
Ahkaf Suresi
Muhammed Suresi
Fetih Suresi
Hucurat Suresi
Kaf Suresi
Zariyat Suresi
Tur Suresi
Necm Suresi
Kamer Suresi
Rahman Suresi
Vakıa Suresi
Hadid Suresi
Mücadele Suresi
Haşr Suresi
Mümtehine Suresi
Saff Suresi
Cuma Suresi
Münafikun Suresi
Tegabun Suresi
Talak Suresi
Tahrim Suresi
Mülk Suresi
Kalem Suresi
Hakka Suresi
Mearic Suresi
Nuh Suresi
Cin Suresi
Müzzemmil Suresi
Müddessir Suresi
Kıyamet Suresi
İnsan Suresi
Mürselat Suresi
Nebe Suresi
Naziat Suresi
Abese Suresi
Tekvir Suresi
İnfitar Suresi
Mutaffifin Suresi
İnşikak Suresi
Büruc Suresi
Tarık Suresi
Ala Suresi
Gaşiye Suresi
Fecr Suresi
Beled Suresi
Şems Suresi
Leyl Suresi
Duha Suresi
İnşirah Suresi
Tin Suresi
Alak Suresi
Kadir Suresi
Beyyine Suresi
Zilzal Suresi
Adiyat Suresi
Karia Suresi
Tekasür Suresi
Asr Suresi
Hümeze Suresi
Fil Suresi
Kureyş Suresi
Maun Suresi
Kevser Suresi
Kafirun Suresi
Nasr Suresi
Tebbet Suresi
İhlas Suresi
Felak Suresi
Nas Suresi
⌄
📝
ÇEVİRİ
Meal Seç
Meal seç
Ali Bulaç
Ahmed Hulusi
Bayraktar Bayraklı
Diyanet İşleri
Edip Yüksel (Eski Baskı)
Elmalılı Hamdi Yazır
Elmalılı (sadeleştirilmiş)
Gültekin Onan
Hasan Basri Çantay
İbni Kesir
Muhammed Esed
Şaban Piriş
Suat Yıldırım
Süleyman Ateş
Yaşar Nuri Öztürk
Mustafa İslamoğlu
Erhan Aktaş
Erhan Aktaş (Eski Baskı)
Ali Rıza Safa
Süleymaniye Vakfı
Edip Yüksel
Mehmet Okuyan
Əlixan Musayev
Bünyadov-Məmmədəliyev
Ələddin Sultanov
Rashad Khalifa
The Monotheist Group
Edip-Layth
Mustafa Khattab
Al-Hilali & Khan
Abdullah Yusuf Ali
Marmaduke Pickthall
Abul A'la Maududi
Taqi Usmani
Abdul Haleem
Mohamed Ahmed - Samira
Muhammad Asad
Abdel Khalek Himmat
Progressive Muslims
Shabbir Ahmed
Syed Vickar Ahamed
Sahih International
Ali Quli Qarai
Bijan Moeinian
George Sale
Mahmoud Ghali
Amatul Rahman Omar
E. Henry Palmer
Hamid S. Aziz
Arthur John Arberry
Aisha Bewley
Sam Gerrans
Эльмир Кулиев
⌄
▶
00:00
/
00:00
1
And olsun toz-torpağı (ətrafa) səpələyənlərə!
2
And olsun yağmur yükü daşıyanlara!
3
And olsun asanlıqla üzüb gedənlərə!
4
And olsun işləri paylaşdıranlara!
5
Sizə vəd olunanlar həqiqətdir.
6
Haqq-hesab da mütləq çəkiləcəkdir.
7
And olsun gözəl görünüşü olan səmaya!
8
Sizin sözləriniz ziddiyyətlidir.
9
Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
10
Məhv olsun yalançılar!
11
O kəslər ki, cəhalət içində olan qafillərdir.
12
Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
13
O gün onlara odda əzab veriləcəkdir.
14
(Onlara deyiləcək:) “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
15
Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,
16
öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
17
Onlar gecələr (ibadət edib) az yatırdılar.
18
Sübh çağı isə bağışlanma diləyirdilər.
19
Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.
20
Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
21
Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?
22
Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
23
Göyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
24
İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
25
Onlar onun yanına daxil olub: “(Sənə) salam olsun!”– dedilər. (İbrahim:) “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi.
26
O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov (qızardıb) gətirdi.
27
Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi.
28
O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
29
Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
30
Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
31
(İbrahim) dedi: “Sizin işiniz nədir, ey elçilər?”
32
Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
33
onların üstünə gildən daşlar yağdıraq –
34
həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş (daşlar!)”
35
Biz orada olan möminləri (o kənddən) çıxartdıq.
36
Amma orada bir evdən başqa müsəlman tapmadıq.
37
Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
38
Musanın əhvalatında da (ibrət) vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
39
O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi.
40
Biz (Fironu) və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
41
Ad (qövmünün) hekayətində də (ibrət) vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.
42
O (külək) üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
43
Səmud (qövmünün) hekayətində də (ibrət) vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi.
44
Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
45
Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.
46
Daha əvvəl Nuh qövmünü (məhv etdik.) Çünki onlar fasiq adamlar idilər.
47
Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
48
Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!
49
Biz hər şeydən (erkək və dişi olmaqla) cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.
50
(De:) “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
51
Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”
52
Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.
53
Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
54
Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
55
Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
56
Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
57
Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
58
Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
59
Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
60
Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!