73
SURE
Müzzemmil Suresi
⌄
⌄
1
Ey örtünüb bürünən! (İlk vəhy gəldikdən sonra Həzrət Peyğəmbər Həzrət Cəbraili əsil surətində görmüş və qorxudan bədəni tir-tir titrəmişdi. Buna görə də birbaşa evinə qayıtmış və zövcəsi Xədicəyə: “Mənim üstümü örtün!” - demişdi. Bu hadisədən sonra Cəbrail təkrar ona vəhy gətirərək yuxarıdakı ayə ilə xitab etmişdi.)
9
15
17
20
(Ey Peyğəmbər!) Şübhəsiz ki, Rəbbin sən və səninlə birlikdə olanlardan bir zümrənin gecənin üçdə ikisinə yaxın bir qismini, (bəzən) yarısını, (bəzən də) üçdə birini ibadətə ayırdığını bilir. Gecəni və gündüzü ölçüb-biçən Allahdır. O, bu vaxtları hesablaya bilməyəcəyinizi bildiyi üçün sizi bağışladı. Ona görə də Qurandan sizə asan gələn yeri oxuyun! O, içinizdən xəstə olanları, eləcə də Allahın lütfündən (ruzi) axtarmaq üçün yer üzündə səfər edənləri və Allah yolunda vuruşanları bilir. Elə isə ondan (Qurandan) sizə asan gələn yeri oxuyun! Namazı qılın, zəkatı verin və Allaha gözəl bir borc verin! Özünüz üçün (dünyada ikən) hansı xeyirli bir əməli etsəniz, Allah dərgahında onun daha xeyirli olduğunu və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin! Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.