9
SURE
Tevbe Suresi
⌄
⌄
2
3
4
5
Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. (Yuxarıdakı ayədə, haram aylar çıxdıqdan sonra müşriklərin ciddi bir şəkildə təqib edilmələrinə işarə edilmişdir. Yəni, Kəbənin ətrafında müşriklərin varlığına birdəfəlik son qoymaq üçün onları izləmək, keçidləri tutmaq, lazım gəldiyi təqdirdə onları əsir tutmaq, yaxud öldürmək kimi hər cür tədbir görülməli idi.)
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz! (Təfsir kitablarında yer alan bir rəvayətə görə, yuxarıdakı ayə Həzrət Əli, Həzrət Abbas və Talha ibn Şeybənin bir-birlərinə qarşı öyünmələri səbəbi ilə nazil olmuşdur. Talha Kəbənin açarının özündə olması, Həzrət Abbas hacılara su paylaması, Həzrət Əli də altı ay əvvəl namaz qılıb cihad etməsi ilə fəxr etmiş və hər biri özünün digərindən üstün olduğunu irəli sürmüşdü.)
20
21
23
24
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allah Öz əmrini gətirənə qədər gözləyin! Allah fasiqlər qövmünü doğru yola yönəltməz.
25
Həqiqətən, bir çox yerdə, həmçinin Hüneyn günü (baş verən döyüşdə) Allah sizə yardım etmişdi. O zaman çoxluğunuz xoşunuza gəlmiş, ancaq bu sizə heç bir fayda verməmişdi. Genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş, sonra da geri dönmüşdünüz. (Məkkənin fəthindən sonra on iki minlik müsəlman ordusu Həvazin və Saqif qəbilələrinin üstünə hücum etmişdi. İslam ordusunun sayca çoxluğunu görən bəzi müsəlmanlar öz aralarında: “Bu ordu artıq məğlub olmaz!” - deyərək qürurlanmışdılar. Ancaq Hüneyn vadisində sayca az olan müşrik ordusu ilə qarşılaşdıqları zaman məğlub olmuşdular. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilir.)
26
28
29
30
31
32
33
34
35
36
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir! (Yuxarıdakı ayədə işarə edilən haram aylar zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarıdır.)
37
(Haram ayları) gecikdirmək ancaq küfrü artırmaqdır. Kafirlər onunla (haqq yoldan) azdırılırlar. Onlar Allahın haram etdiyinin sayını düzəltmək və Allahın haram etdiyi şeyləri halal etmək üçün onu (haram ayı) bir il halal, bir il isə haram sayırlar. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərilmişdir. Allah kafirlər qövmünü doğru yola yönəltməz!
38
39
40
Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilin ki,) kafirlər ikinin ikincisini (Sövr mağarasına sığınan iki nəfərdən biri olan Peyğəmbəri Məkkədən) çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna (Əbu Bəkrə): “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və kafirlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir. (Həzrət Peyğəmbər dostu Həzrət Əbu Bəkrlə Məkkədən Mədinəyə hicrət edərkən müşriklər onları tutmaq üçün axtarışa çıxmışdılar. Onlar da Sövr mağarasına sığınıb gizlənmişdilər. Onların mağarada olduqlarından şübhələnən müşriklər ora yaxınlaşdıqları zaman Həzrət Əbu Bəkr təşvişə düşmüşdü. Ancaq müşriklər mağaranın ağzında göyərçin yuvasını və hörümçək torunu gördükləri zaman geri dönmüşdülər.)
41
42
Əgər o, asan əldə olunan dünya malı və orta mənzilli bir səfər olsaydı, mütləq sənin ardınca gedərdilər. Ancaq məşəqqətli yol onlara uzaq gəldi. Onlar: “Əgər gücümüz çatsaydı, mütləq biz də sizinlə bərabər (səfərə) çıxardıq”, - deyə özlərini həlak edərcəsinə Allaha and içəcəklər. Halbuki Allah bilir ki, onlar yalançıdırlar.
43
44
45
46
47
48
49
Onlardan elələri də var ki: “Mənə (döyüşə getməməyə) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm kafirləri mütləq bürüyəcəkdir! (Həzrət Peyğəmbər Təbük döyüşü üçün hazırlıq görərkən Cəd ibn Qeysə: “Ey Əbu Vəhb! Əsfər oğullarından kölə və xidmətçilərin olsun istəyirsənmi?” – deyə sual verdi. O da: “Ey Allahın Rəsulu! Qövmüm bilir ki, mən qadınlara meyilli biriyəm. Qorxuram ki, Əsfər oğullarının qızlarını görüncə özümü saxlaya bilmərəm. Məni onlarla fitnəyə salma! Döyüşə getməməyim üçün mənə icazə ver! Mən malımla sənə yardım edim”, - demişdi. Buna görə də yuxarıdakı ayə nazil oldu.)
50
51
52
53
54
55
56
57
58
59
60
61
Onların (münafiqlərin) arasında: “O, hər deyilənə qulaq asandır!” - deyərək Peyğəmbəri incidənlər də var. De ki: “O, sizin üçün xeyirli olana qulaq asandır. O, Allaha iman gətirir, möminlərə inanır və O, sizdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Peyğəmbərinə əziyyət verən kimsələr üçün acı bir əzab vardır.
62
63
64
65
66
Üzr istəməyin! Siz iman gətirdikdən sonra (təkrar) kafir oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”. (Rəvayətə görə, Həzrət Peyğəmbər Təbük səfərinə çıxarkən bir qrup münafiq Peyğəmbəri ələ salmaq üçün belə dedilər: “Buna baxın! Şam saraylarını fəth etmək istəyir. O hara, Şam saraylarını fəth etmək hara!” Onların bu hərəkətləri vəhy yolu ilə Həzrət Peyğəmbərə bildirildi. Münafiqlər çağırılıb onların nə üçün belə etdikləri soruşulduğu zaman öz aralarında zarafatlaşdıqlarını söylədilər. Yuxarıdakı ayələr bu hadisəyə işarə edir.)
67
68
69
(Ey münafiqlər!) Siz də sizdən əvvəlkilər kimi etdiniz. Onlar sizdən daha güclü, daha çox mal və övlad sahibi idilər. Onlar (dünyadakı) öz paylarına düşəndən bəhrələndilər. Sizdən əvvəlkilər öz paylarına düşəndən bəhrələndikləri kimi siz də öz payınıza düşəndən bəhrələndiniz və (batil yola) girənlər kimi siz də (o yola) girdiniz. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar əsil ziyana uğrayanlardır!
70
71
72
73
74
(Ey Peyğəmbər!) Onlar o sözləri söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki, onlar küfr sözünü söyləmiş və müsəlman olduqdan sonra kafir olmuşdular. Onlar nail ola bilmədikləri bir işə (Peyğəmbərə sui-qəsd etməyə) cəhd etmişdilər. Onlar yalnız Allah və Peyğəmbəri Öz lütfündən möminləri zəngin etdiyi üçün intiqam almaq istəmişdilər. Əgər tövbə etsələr, bu, onlar üçün daha xeyirli olar. Əgər üz döndərsələr, Allah onlara dünyada da, axirətdə də acı bir əzab verəcəkdir. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi var. (Mədinəlilərin bir qismi kasıb idi. Həzrət Peyğəmbərin hicrətindən sonra onlar varlandılar. Sonra isə onların arasındakı münafiqlər nankorluq edib Həzrət Peyğəmbərə pislik etməyə çalışdılar.)
75
76
77
78
79
80
Onlar üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları bağışlamayacaq. Bu, onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiqlər tayfasını doğru yola yönəltməz. (Münafiqlərin başçısı Abdullah ibn Übeyy ölümcül xəstəliyə tutulduğu zaman oğlu Abdullah Həzrət Peyğəmbərin yanına gələrək atası üçün istiğfar etməsini istəmişdi. Abdullah səmimi bir müsəlman olduğu üçün Həzrət Peyğəmbər onun xətrinə dəyməyərək atasının bağışlanması üçün Allaha dua etdi. Buna görə də yuxarıdakı ayə nazil oldu.)
81
83
Əgər Allah səni onlardan bir dəstənin yanına qaytarsa və səndən (başqa bir döyüşə) çıxmaq üçün izin istəsələr, de ki: “Mənimlə əsla (döyüşə) çıxmayacaq və heç bir düşmənə qarşı döyüşməyəcəksiniz! Çünki siz birinci dəfə (Təbük səfərində evdə) oturmağa razı oldunuz. Ona görə də arxada qalanlarla birlikdə (evinizdə) oturun!”
84
85
86
87
Onlar arxada qalanlarla birlikdə olmağa razı oldular. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar anlamazlar. (Münafiq olduqları üçün Allah onların qəlb gözlərini bağlamışdır. Buna görə də onlar döyüşə getmək əvəzinə arxada qalan qadın, uşaq və yaşlılarla birlikdə evlərində qalmağa üstünlük verir və cihadın əhəmiyyətini anlaya bilmirlər.)
88
89
90
91
Allah və Peyğəmbəri üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, (döyüşə minik, yaxud silah almaq üçün) xərcləməyə bir şey tapa bilməyənlərə (döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir. (Xəstə, aciz və kasıb olan müsəlmanlar döyüşə getməyib evlərində qaldıqları təqdirdə, fitnə çıxarmaz, döyüşə gedənlərin ailələrinə yardım edər və digər gözəl işlər görərlərsə, onlar üçün hər hansı bir günah yoxdur.)
92
Minik təmin etməyin üçün sənin yanına gəldiklərində: “Sizi mindirməyə bir heyvan tapa bilmirəm”, - dediyin zaman xərcləyəcək bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönən kimsələrə də (günah və qınaq) yoxdur. (Səhabələrdən çox kasıb olan bir qrup müsəlman Təbük səfərinə qatılmaq istəmiş, ancaq səfər üçün yemək, paltar və minik tapa bilməmişdilər. Bunları təmin etməsi üçün Həzrət Peyğəmbərə müraciət etdilər. Həzrət Peyğəmbər də onların ehtiyaclarını təmin edə bilmədikdə, kədərdən ağlayaraq geri qayıtdılar. Yuxarıdakı ayə bu hadisəyə işarə edir.)
93
94
(Döyüşdən) onların yanına qayıtdığınız zaman sizə üzrxahlıq edəcəklər. De: “Üzr istəməyin! Biz sizə inanmayacağıq. Çünki Allah sizin xəbərlərinizi bizə bildirmişdir. Sizin əməlinizi Allah da, Onun Peyğəmbəri də görəcəkdir. Sonra qeybi də, aşkarı da bilən Allaha qaytarılacaqsınız və O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”.
95
96
97
98
99
100
101
102
103
Onların mallarından sədəqə al! Bununla onları (günahlardan) təmizləmiş və pak etmiş olarsan. Onlar üçün dua et! Şübhəsiz, sənin duan onlar üçün bir təskinlikdir. Allah hər şeyi eşidəndir, biləndir. (Təbük səfərinə qatılmayan bir dəstə müsəlman xətalarını anlayıb peşman olmuşdular. Buna görə də özlərini məscidin dirəklərinə bağlayaraq and içdilər ki, Allah və Rəsulu iplərini açmadıqca onlar da açmayacaqlar. Həzrət Peyğəmbər Mədinəyə qayıtdığı zaman onların vəziyyətini öyrəndikdə: “Onlar barəsində bir əmr gələnə qədər mən də onların iplərini açmayacağıma and içirəm”, - buyurdu. Bu hadisədən sonra yuxarıdakı ayələr nazil oldu.)
104
105
106
107
(Münafiqlərin arasında möminlərə) zərər vermək, haqqı inkar etmək, möminlərin arasını vurmaq və əvvəllər Allaha və Peyğəmbərinə qarşı vuruşanları hazırlamaq üçün məscid tikən və: “Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” - deyə and içənlər var. Halbuki, Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər.
108
109
110
111
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur.
112
113
114
115
116
117
Müsəlmanlardan bir qrupun qəlbləri əyriliyə meyil etmək üzrə ikən Peyğəmbərin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir. (Həzrət Peyğəmbər Təbük səfərinə çıxarkən münafiqlər gəlib yalandan üzrlü olduqlarını bəyan etmiş, o da onlara izin vermişdi. Münafiqlərin bu hərəkətlərinə aldanan bəzi müsəlmanlar da tərəddüd keçirmiş, ancaq daha sonra peşman olub tövbə etmişdilər.)
118
(Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Nəhayət, yer üzü genişliyinə rəğmən onlara dar gəlib qəlbləri sıxıldığı zaman Allahdan (Allahın əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Sonra Allah onları tövbə etməyə müvəffəq etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir.
120
Mədinəlilərə və onların ətrafındakı bədəvi ərəblərə Allahın Peyğəmbərindən geri qalmaq və onun canından əvvəl öz canlarını düşünmələri yaraşmaz. Bu, onların Allah yolunda susuzluğa, yorğunluğa və aclığa düçar olmaları, kafirləri qəzəbləndirəcək bir yerə ayaq basmaları və düşmənə qarşı zəfər qazanmalarının özlərinə yaxşı bir əməl kimi yazılması üçündür. Şübhəsiz ki, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz.
121
122
123
Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərə qarşı döyüşün və qoy onlar (döyüş əsnasında) sizdən bir sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir! (Yuxarıdakı ayədə, müharibə şəraitində kafirlərdən ibarət düşmən qüvvəsinə qarşı vuruşarkən müsəlmanların mətin olmaları tələb olunur.)
124
125
126
127
128