95
SURE

Tin Suresi

Əlixan Musayev •
⌄
⌄
00:00 / 00:00
1
And olsun əncirə və zeytuna!
2
And olsun Sinay dağına!
3
And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!
4
Biz insanı ən gözəl surətdə yaratdıq!
5
Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq.
6
İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat­ hazırlanmışdır.
7
Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?
8
Məgər Allah hakimlərin ən üstünü deyilmi?