100
SURE

Adiyat Suresi

Ələddin Sultanov •
⌄
⌄
00:00 / 00:00
1
And olsun tövşüyə-tövşüyə qaçan atlara!
2
And olsun (Nalları ilə daşlardan) qığılcım qoparan atlara!
3
And olsun sübh çağı hücum edən atlara!
4
And olsun toz qopardan atlara!
5
And olsun qoşunun içinə girən atlara!
6
Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.
7
Əlbəttə, o özü də buna şahiddir.
8
Həqiqətən, o, var-dövləti çox sevir.
9
O bilmirmi ki, qəbirlərdə olanlar (təkrar dirildilib) çıxardılacağı zaman,
10
Qəlblərdə olanlar aşkar ediləcəyi zaman,
11
O gün Rəbbi onlardan xəbərdardır!