99
SURE

Zilzal Suresi

Ələddin Sultanov •
⌄
⌄
00:00 / 00:00
1
Yer şiddətlə titrəyəcəyi zaman,
2
Yer öz yükünü (qəbirdəkiləri, yaxud yeraltı mədənləri) çıxardacağı zaman,
3
Və insan: “Ona nə oldu?” - deyəcəyi zaman,
4
O gün yer şahid olduğu hər şeyi xəbər verəcək.
5
Çünki bunu ona Rəbbin vəhy etmişdir.
6
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə (məhşər yerindən) ayrılacaqlar.
7
Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək,
8
Kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir.