12
SURE
Yusuf Suresi
⌄
⌄
3
4
5
6
8
9
10
11
13
14
15
(Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!” (Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə keçən “Yusifə vəhy etdik” ifadəsinə əsaslanaraq Həzrət Yusifə peyğəmbərliyin həmin vaxt verildiyi fikrindədirlər. Çünki, həqiqətən də, Allahın bu vədi daha sonra gerçəkləşmiş, Yusif peyğəmbər buradan xilas olmuş və bütün bunları qardaşlarına bildirmişdi.)
17
18
Onlar (Yusifin) saxta qana bulanmış köynəyini də gətirdilər. (Yaqub peyğəmbər) dedi: “Əksinə, nəfsiniz sizə bu (pis) işi gözəl göstərdi. Ona görə də, mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Söylədiklərinizin qarşısında (mənə) yalnız Allah kömək edə bilər”. (Rəvayətə görə, qardaşları Yusifin köynəyini qana bulayıb atalarına gətirdikləri zaman bu acı xəbəri eşidən Yaqub peyğəmbər fəryad etməyə başladı və onun köynəyini istədi. Köynəyi üzünə sürtüb ağladı və belə dedi: “Bu günə qədər belə yumşaqxasiyyətli bir qurd görmədim! Oğlumu yemiş, ancaq köynəyini cırmamışdır”. Onun bu sözlərindən belə çıxır ki, Yaqub peyğəmbər onların hiyləsini sezmişdi, ancaq səbir etməkdən başqa əlindən bir şey gəlmirdi.)
19
20
21
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz. (Təfsirlərdə qeyd edilən rəvayətlərə görə, Həzrət Yusifi öz himayəsinə götürən şəxs Misirin maliyyə naziri idi. O, Yusifin zəkasını və qabiliyyətini sezmiş və buna görə də gələcəkdə ondan istifadə edə biləcəyini düşünmüşdü. Həmçinin uşaqları olmadığı üçün Yusifi övladlığa götürmək fikrində idi.)
22
23
24
25
26
28
29
30
31
(Züleyxa) onların hiyləsini (dedi-qodularını) eşitdiyi zaman onlara xəbər göndərdi (evində qonaqlığa dəvət etdi). Onlar üçün yastıqlar hazırladı və onlardan hər birinə bir bıçaq verdi. (Qadınlar meyvələri soyarkən Züleyxa Yusifə:) “Onların qarşısına çıx!” - dedi. Onlar Yusifi gördükləri zaman onu ucaltdılar (onun nə qədər yaraşıqlı olduğunu etiraf etdilər). (Çaşqınlıqla) öz əllərini kəsdilər və: “Aman Allah! Bu insan deyil. Bu ancaq uca bir mələkdir!” - dedilər.
32
33
34
35
36
37
38
40
41
42
Yusif o ikisindən xilas olacağını bildiyi kimsəyə dedi: “Ağanın yanında məni də yad et!” Ancaq şeytan ona ağasının yadına salmağı unutdurdu və Yusif bir neçə il daha zindanda qaldı. (Təfsirçilərə görə, Yusif peyğəmbər Allahı qoyub başqasından yardım istədiyi üçün beş illik həbsdən sonra yeddi il daha həbsdə qalmışdır. Beləcə, cəmi on iki il zindan həyatı yaşamışdır. Çünki peyğəmbərlərə yaraşan ən gözəl davranış yalnız Allahdan yardım istəmək və başqasına əl açmamaqdır.)
43
45
46
47
48
49
50
51
(Kral o qadınlara) dedi: “Yusifi yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi?!” Onlar: “Allah eləməsin! Biz onun haqqında pis bir şey bilmirik!” - dedilər. Vəzirin zövcəsi (Züleyxa) dedi: “İndi həqiqət ortaya çıxdı. Mən onu tovlayıb yoldan çıxartmaq istəmişdim. O isə, həqiqətən, doğru danışanlardandır”.
52
53
54
55
56
57
İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı daha xeyirlidir. (Bundan sonra Həzrət Yusif Misirdə əkinçiliyə əhəmiyyət verdi və ehtiyacdan artıq olan buğdanı ambarlara yığdırdı. Nəhayət, qıtlıq illəri gəlib çatdı və hər tərəfdən insanlar buğda ala bilmək üçün Misirə yönəldilər. Həzrət Yaqub da kiçik oğlu Bünyamindən başqa digər oğullarını buğda tədarükü üçün Misirə göndərdi.)
58
59
60
62
63
64
65
Onlar yüklərini açdıqları zaman (mübadilə üçün apardıqları) mallarının geri qaytarıldığını gördülər və belə dedilər: “Ay ata, daha nə istəyirik?! Budur, öz mallarımız da bizə geri qaytarılıb. Bununla ailəmizə yenə ərzaq gətirərik və qardaşımızı da qoruyarıq. Bir dəvə yükü ərzaq da artıq alarıq. (Çünki indi gətirdiyimiz) bu ərzaqın miqdarı çox azdır”.
66
67
68
69
Onlar Yusifin hüzuruna daxil olduqları zaman Yusif qardaşını (Bünyamini) qucaqlayaraq belə dedi: “Həqiqətən, mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə!” (Təfsirlərdə qeyd olunan rəvayətlərə görə, Həzrət Yusif qardaşlarına qonaqlıq vermiş və onları iki-iki oturtmuşdu. Bünyamin tək qalınca ağlayaraq: “Əgər qardaşım Yusif sağ olsaydı, o da mənimlə oturardı”, - demişdi. Həzrət Yusif də onu öz yanına oturtmuş, yeməkdən sonra isə qardaşlarını iki-iki otaqlarda qonaq etmişdi. Yenə Bünyamin tək qalınca Həzrət Yusif: “Bunun ikincisi yoxdur. Elə isə bu mənimlə qalsın!” – demişdi. Beləcə, onu öz otağında qonaq etmiş və Bünyaminə: “Ölən qardaşının yerinə məni qardaş olaraq qəbul edərsənmi?” – demiş, Bünyamin də: Sənin kimi bir qardaşı kim istəməz?! Lakin sənin atan Yaqub, anan isə Rahilə deyil”, - deyə cavab vermişdi. Bunu eşidən Həzrət Yusif ağlayaraq Bünyaminin boynuna sarılmış və özünün Yusif olduğunu açıqlamışdı.)
70
72
73
75
(Yusifin qardaşları:) “Onun cəzası (oğurlanan əşya) yükündə tapılan şəxsin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”, – deyə cavab verdilər. (Yaqub peyğəmbərin şəriətinə görə, oğurluq edən şəxs tutulduğu zaman ona, əşyasını oğurladığı kimsə üçün bir il müddətində qul kimi xidmət etmə cəzası verilirdi.)
76
Beləcə, (Yusif) qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı. Sonra onu (su qabını) qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir görməyi öyrətdik. (Yoxsa) Allahın diləməsi istisna olmaqla, kralın qanunlarına görə qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz dilədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.
77
Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha əvvəl onun bir qardaşı da oğurluq etmişdi”. Yusif bunu ürəyində saxladı və onlara bildirmədi. O dedi: “Siz daha pis bir vəziyyətdəsiniz. Allah sizin söylədiklərinizi (o işin əslini) daha yaxşı bilir”. (Rəvayətə görə, Həzrət Yusifin xalası onu çox sevirdi. Yusif böyüdüyü zaman xalası onu öz yanında saxlamaq istəyirdi. Bunun üçün də Həzrət İbrahimdən miras qalan kəməri Yusifin belinə bağlayıb sonra da kəmərin itdiyini söylədi. Kəməri axtardılar və Yusifin üstündən tapdılar. Şəriətə uyğun olaraq xalası onu öz yanında saxladı. Yuxarıdakı ayədə Yusifin qardaşları bu hadisəyə işarə etmişdilər.)
78
79
80
Ondan ümidlərini kəsdikləri zaman (məsələni müzakirə etmək üçün) pıçıldaşaraq bir kənara çəkildilər. Onların böyük olanı belə dedi: “Atanızın sizdən Allah adına söz aldığını və daha əvvəl Yusif barəsində də etdiyiniz xətanı bilmirsinizmi? Atam mənə icazə verənə və ya Allah Öz hökmünü verənə qədər mən buradan əsla ayrılmayacağam! O, hökm verənlərin ən yaxşısıdır.
81
82
83
84
85
86
87
88
90
91
92
93
94
95
96
97
99
100
(Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası və qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı və şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir. (Ata-ana və qardaşlarının səcdə etməsi təfsirlərdə belə izah edilir ki, onları Yusifə qovuşdurduğu üçün Allaha səcdə etdilər. Digər bir görüşə görə, o dövrdə səcdə etmək salamlamaq mənasına gəldiyi üçün onun qarşısında əyilib ona təzim etmişdilər.)
101
102
104
105
107
108
109
110