13
SURE
Rad Suresi
⌄
⌄
1
2
Gördüyünüz göyləri dirəksiz ucaldan, sonra ərşə istiva edən (dünya və axirət işlərini nizamlayan), günəşə və aya boyun əydirən Allahdır. (Onların) hər biri müəyyən vaxta qədər dövr edir. O, işləri belə tənzimləyir. Ayələri müfəssəl izah edir ki, bəlkə Rəbbinizə qovuşacağınıza qəti şəkildə iman gətirəsiniz.
3
4
Yer üzündə eyni su ilə sulanan bir-birinə qonşu ərazilər, üzüm bağları, əkinlər, şaxəli və şaxəsiz xurma ağacları vardır. Ancaq yeyilməsi baxımından onların bir qismini digərlərindən üstün tuturuq. Şübhəsiz ki, bunda dərk edən bir qövm üçün dəlillər vardır. (Yəni, eyni torpaqdan və eyni sudan bəslənən bitkilərin hər birinin dadının, rənginin və formasının bir-birindən fərqli olması Allahın varlığını və qüdrətini açıq şəkildə göstərən dəlillərdəndir.)
5
6
(Müşriklər) səni tələsdirib yaxşılıqdan əvvəl pisliyi (əzabın gəlməsini) istəyirlər. Halbuki onlardan öncə də bunun bənzərləri baş vermişdi. Həqiqətən, Rəbbin, zülm etmələrinə rəğmən insanlara qarşı məğfirət sahibidir. Şübhəsiz ki, Rəbbinin cəzası şiddətlidir. (Məkkəli müşriklər belə demişdilər: “Ey Allah! Əgər bu Quran həqiqətən sənin tərəfindən göndərilibsə, dərhal üzərimizə daş yağdır, yaxud bizə başqa bir əzab ver!” Yuxarıdakı ayə bu hadisəyə işarə edir. Əslində onlar əzabın gəlməsini istəmir, sadəcə olaraq bu sözləri ilə Qurana lağ edirdilər.)
7
8
10
11
Onun (insanın) önündə və arxasında Allahın əmri ilə onu təqib edib qoruyanlar (həfəzə mələkləri) vardır. Şübhəsiz ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri) dəyişməyincə, Allah onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz. Əgər Allah bir qövm üçün şər diləmişsə, artıq onu heç nə dəf edə bilməz. Onların Allahdan başqa heç bir himayədarı da yoxdur.
12
13
14
16
De: “Göylərin və yerin Rəbbi kimdir?” De ki: “Allahdır!” De: “Elə isə, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənləri (bütləri) dost tutdunuz?!” De: “Heç kor ilə görən eyni olarmı? Yaxud qaranlıq ilə aydınlıq eyni olarmı? Yoxsa Allaha, Onun kimi yarada bilən şəriklər qoşdular və onların nəzərində bu yaratma bir-birinə oxşarmı göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, hər şeyə gücü yetəndir”.
17
Allah göydən su endirdi. Beləcə, vadilər öz həcmlərinə görə sel olub axdı və sel üstünə çıxan köpüyü apardı. Bəzək əşyaları, yaxud alət düzəltmək üçün odda qızdırıb əritdikləri şeylərdə də onun kimi bir köpük vardır. Allah haqq və batil üçün belə misallar çəkir. Köpük yox olar. Ancaq insanlara fayda verən şeylər yer üzündə qalar. Allah belə misallar çəkir. (Yuxarıdakı ayədə Allah-Təala haqqı və haqq əhlini göydən yağan yağışa, batili və batil əhlini isə suyun üzündəki köpüyə bənzətmişdir. Su insanlar üçün faydalıdır, ancaq köpüyün insanlara heç bir faydası yoxdur. Yenə bu ayədə möminlər qızıl və gümüş mədənlərinə bənzədilmişlər ki, həqiqətən də bunlardan insanlar çox faydalanırlar. Ancaq əridilən qızıl və gümüşün köpüyü tullanır və ondan heç kim istifadə etmir. Kafirlər də məhz bu köpüyə bənzədilmişlər.)
18
Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl (mükafat) vardır. Onun dəvətini qəbul etməyənlərə gəldikdə, yer üzündəki hər şey və bir o qədəri də onların olsaydı, (əzabdan xilas olmaq üçün) mütləq onu fidyə verərdilər. Onların haqq-hesabı çox pis (çətin) olacaqdır. Onların sığınacaqları yer cəhənnəmdir. Ora necə də pis bir yerdir!
19
21
22
23
25
26
27
28
29
30
(Ey Peyğəmbər!) Beləcə, səni özlərindən əvvəl neçə-neçə ümmətlərin gəlib keçdiyi bir ümmətə peyğəmbər göndərdik ki, sənə vəhy etdiyimizi (Quranı) onlara oxuyasan. Ancaq onlar Rəhmanı inkar edirlər. De ki: “O mənim Rəbbimdir. Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. Tövbəm də Onadır!”
31
Əgər Quranla dağlar yeridilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışdırılsaydı, (onlar yenə də iman gətirməzdilər). Xeyr, bütün işlər Allaha aiddir. İman gətirənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?! Allahın vədi gələnə qədər etdikləri əməllərə görə kafirlərə bəla üz verməyə davam edəcək, yaxud (o bəla) evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah əsla vədindən dönməz!
32
33
Hər kəsin qazandığına nəzarət edən Allah (bütlər kimi olarmı)?! Yenə də onlar (bütləri) Allaha şərik qoşdular. De: “Onlara bir ad verin! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz, yaxud boş sözlərmi (söyləyirsiniz)? Əksinə, kafirlərə hiylələri gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Allah kimi zəlalətə salmışsa, ona doğru yolu göstərən olmaz.
34
35
36
37
38
39
Allah dilədiyini silər, (dilədiyini də) sabit saxlayar. Kitabın əsli Onun dərgahındadır. (Allah-Təala peyğəmbərlər vasitəsilə göndərdiyi dini hökmlərdən istədiyini ləğv edib onun yerinə başqa hökmlər gətirər. Dilədiyi hökmləri də dəyişdirmədən sabit saxlayar. Bundan əlavə, Allah dünyada istədiyini yox edər, istədiyini isə olduğu kimi saxlayar.)
40
41
Onlar görmədilərmi ki, Biz yer üzünə gəlib onu kənarlarından əskildirik? Allah (istədiyi kimi) hökm edər. Heç kim Onun hökmünü dəf edə bilməz. O, sürətli haqq-hesab çəkəndir. (Yer üzünün kənarlarından əksildilməsi məsələsini klassik təfsirçilər belə izah etmişlər ki, müsəlmanların, kafirlərin torpaqlarını fəth etmələri və müsəlmanların sayının çoxalması nəticəsində yer üzü artıq kafirlərə dar gəlməyə başlamışdır. Ancaq müasir təfsirçilərin bir qismi bu ifadənin, yer kürəsində baş verən eroziya proseslərinə işarə etdiyini, bir qismi də yer kürəsinin ellips formasında olmasına işarə etdiyini söyləmişlər.)
42