14
SURE
İbrahim Suresi
⌄
⌄
1
3
4
5
6
7
8
9
Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonrakıların xəbərləri sizə gəlmədimi?! Allahdan başqası onları bilməz. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirmiş, onlar isə əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənləri inkar edirik və bizi dəvət etdikləriniz barəsində şəkk-şübhə içindəyik”, - demişdilər.
10
Peyğəmbərləri (onlara) belə dedilər: “Göyləri və yeri yaradan Allah haqqında şübhəmi edirsiniz?! O sizin günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün sizi (haqq dinə) çağırır”. Onlar isə belə dedilər: “Siz də bizim kimi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. (Əgər sizin dediyiniz doğrudursa,) bizə açıq-aşkar bir dəlil gətirin!”
11
12
13
14
17
18
19
21
Onların hamısı (axirətdə) Allahın hüzuruna çıxacaq və zəiflər təkəbbürlənənlərə deyəcəklər: “Biz sizə tabe olmuşduq. Bəs indi siz Allahın əzabından hər hansı bir şeyi bizdən dəf edə bilərsinizmi?” Onlar isə belə deyəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə doğru yolu göstərərdik. (İndi) ağlayıb-sızlasaq da, səbir etsək də, bizim üçün birdir. Bizim üçün heç bir sığınacaq yoxdur”.
22
(Haqq-hesab çəkilib) iş bitdiyi zaman şeytan (kafirlərə) deyəcəkdir: “Həqiqətən, Allah sizə haqq olanı vəd vermişdi. Mən də sizə vəd vermişdim, ancaq vədimə xilaf çıxdım. Onsuzda mənim sizə qarşı bir gücüm yoxdu. Mən sadəcə olaraq sizi (küfrə) dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Ona görə də məni qınamayın, özünüzü qınayın! Nə mən sizi xilas edə bilərəm, nə də siz məni xilas edə bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
23
24
25
O (ağac), Rəbbinin izni ilə hər zaman bar verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alalar. (Yuxarıdakı ayələrdə Allah-Təala gözəl sözü gözəl ağaca bənzətmişdir. Çünki gözəl sözün meyvəsi gözəl əməl, gözəl ağacın meyvəsi də faydalı meyvədir. Təfsirçilərə görə, buradakı gözəl söz ilə kəlmeyi-tövhid nəzərdə tutulmuşdur. Allahın razı olacağı hər bir gözəl əməl də bu sözün meyvəsidir.)
27
30
31
32
33
34
35
36
Ey Rəbbim! Həqiqətən, (bütlər) insanlardan bir çoxunu azdırdı. Ona görə də kim mənə tabe olarsa, şübhəsiz ki, o məndəndir. Kim mənə qarşı çıxarsa, əlbəttə, Sən bağışlayansan, rəhmlisən! (Əvvəllər İbrahim peyğəmbər bütpərəstlərin Allah tərəfindən bağışlanmayacaqlarını bilmədiyi üçün onların bağışlanmalarını arzulamışdı. Onların Allah tərəfindən əfv edilməyəcəyini bildikdən sonra isə artıq onlar üçün dua etmədi.)
37
Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlblərini onlara meyil etdir və onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr. (Rəvayət olunduğuna görə Həzrət İbrahimin zövcəsi Saranın Həcər adında bir cariyəsi vardı. Uşaqları olmadığı üçün onu öz əri ilə evləndirdi və onların İsmail adında bir oğlu dünyaya gəldi. Həzrət İbrahim onları Kəbə yaxınlığındakı bir yerdə məskunlaşdırdı. O dövrdə Məkkə ərazisi susuz və qeyri-münbit bir yer idi. Allah-Təala Həzrət İbrahimin duasını qəbul etdi və beləcə, orada yerdən Zəmzəm adı verilən su çıxdı.)
38
39
42
43
44
45
46
47
48
O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaqdır. Onlar tək və hər şeyə qalib olan Allahın hüzurunda duracaqlar. (Yerin və göylərin başqa yer və göylərlə əvəz olunması barəsində təfsirçilər müxtəlif fikirlər irəli sürmüşlər. Bir rəvayətə görə yer üzü cəhənnəmə, göylər isə cənnətə çevriləcəkdir. İbn Abbasdan gələn başqa bir rəvayətə görə isə, yer və göylər olduğu kimi qalacaq, ancaq xüsusiyyətləri dəyişəcəkdir.)
51