95
SURE

Tin Suresi

Ələddin Sultanov •
⌄
⌄
00:00 / 00:00
1
And olsun əncirə və zeytuna!
2
And olsun (Allahın Musa ilə danışdığı) Sinay dağına!
3
And olsun əmin-amanlıq içində olan bu şəhərə (Məkkəyə)!
4
Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq.
5
Sonra onu aşağıların ən aşağısı etdik (cəhənnəmə gön­dərdik, yaxud qocalığın son həddinə çatdırdıq).
6
Ancaq iman gətirib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.
7
Bəs daha sonra haqq-hesabı (axirəti) təkzib etməyə səni vadar edən nədir?
8
Allah hökm verənlərin ən üstünü deyilmi?!