96
SURE

Alak Suresi

Ələddin Sultanov •
⌄
⌄
00:00 / 00:00
1
Yaradan Rəbbinin adı ilə oxu!
2
O, insanı ələqdən (laxtalanmış qandan) yaratdı.
3
Oxu! Rəbbin ən böyük kərəm sahibidir.
4
O, qələmi (yazmağı) öyrətdi.
5
O, insana bilmədiklərini öyrətdi. (Yuxarıdakı beş ayə Həzrət Peyğəmbər Mək­kədəki Hira mağarasında olarkən nazil olan ilk ayələrdir.)
6
Xeyr! Həqiqətən, insan çox azğınlıq edir.
7
Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür.
8
Şübhəsiz ki, axır dönüş Rəbbinədir.
9
Mane olanı gördünmü -
10
Namaz qılan bir bəndəyə?!
11
De görək, əgər o bəndə doğru yoldadırsa,
12
Yaxud təqvanı (Allahdan qorxmağı) əmr edirsə, onda necə?!
13
De görək, əgər o haqqı yalanlayır və üz döndərirsə, onda necə?!
14
O bilmirmi ki, Allah (onu) görür?!
15
Xeyr! Əgər (bu əməllərinə) son qoymazsa, onun kəkilindən tutacağıq
16
O yalançı, günahkar kəkilindən!
17
Qoy o öz tərəfdarlarını çağırsın.
18
Biz də zəbaniləri (cəhənnəm mələklərini) çağıracağıq.
19Səcdə ayəsi
Səcdə ayəsi